Yaponiyada güclü qar yağması səbəbindən üç həftə ərzində ən azı 46 nəfər ölüb, 558 nəfər xəsarət alıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "The Japan Times" yerli xilasetmə xidmətlərinin məlumatlarına istinadən məlumat yayıb.
Ölümlə nəticələnən qəzaların çoxu damlardan insanların üzərinə qar yığınlarının düşməsi və ya qar təmizləmə zamanı baş verib.
Yanvarın sonundan davam edən qar yağışından ölkənin şimal rayonları xüsusilə zərər çəkib. Bundan əlavə, əlverişsiz hava şəraiti nəqliyyatın işində fasilələrə səbəb olub.
Ölkənin meteoroloji xidmətinə görə, Honsu adasının şimalındakı Aomori şəhərində qar yığınlarının hündürlüyü hazırda 1,3 metr təşkil edir.