Operativ Məlumat Mərkəzi

KİV: İranda etirazlar zamanı 12 mindən çox insan ölüb.

1 dəq
Paylaş:
KİV: İranda etirazlar zamanı 12 mindən çox insan ölüb.
bu barədə “CBS News”a İrandakı mənbə məlumat verib.Mənbənin sözlərinə görə, ölkə üzrə tibb işçilərindən daxil olan məlumatlar əsasında etirazlar zamanı...

İranda etiraz aksiyalarının yatırılması zamanı 12 mindən çox insanın öldüyü bildirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “CBS News”a İrandakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, ölkə üzrə tibb işçilərindən daxil olan məlumatlar əsasında etirazlar zamanı həlak olanların siyahısını tərtib edən fəal qruplar ölənlərin sayının azı 12 min olduğunu, real rəqəmin isə 20 minə qədər çata biləcəyini ehtimal edirlər.

Rəsmi Tehran bu iddialarla bağlı hələlik açıqlama verməyib.

Ölənlərin dəqiq sayı müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər