Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, ukraynalı həmkarı Denis Şmıqalla görüşdə Ukraynanın NATO-ya üzvlüyünə mane olmaq niyyətindən danışacaq, bu isə Üçüncü Dünya Müharibəsinin başlaması deməkdir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə RTVS telekanalının efirində bildirib.
Onun sözlərinə görə, o, Ukraynanın baş naziri ilə görüşdə humanitar yardım məsələsini müzakirə edəcək. Fiko həmçinin Ukraynanın Slovakiya ordusundan və ya dövlət anbarlarından heç bir silah almayacağını təsdiqləməyə söz verib.
“Deyəcəm ki, mən Ukraynanın NATO-ya üzvlüyünün əleyhinəyəm, veto hüququmdan istifadə edib ona mane olacağam, çünki bu, Üçüncü Dünya Müharibəsinin əsasını təşkil edəcək”.
Ukraynanın Avropa İttifaqına daxil olmasından danışan Slovakiyanın baş naziri bu addıma hörmətlə yanaşdıqlarını, lakin Kiyevin bunun üçün bütün lazımi şərtləri yerinə yetirməli olduğunu qeyd edib.