Belarus Prezidenti Aleksandr Lukaşenkonun sinif müəllimi Tatyana Nikolayevna Karpeçenko 102 yaşında Mogilyov şəhərində vəfat edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatlara görə, Tatyana Nikolayevna fevralın 9-u səhər saat 6-da dünyasını dəyişib.
Qeyd edək ki, Karpeçenko Lukaşenkonun təhsil aldığı İskəndəriyyə Məktəbində riyaziyyat fənnini tədris edib və 5–8-ci siniflərdə onun sinif müəllimi olub. Məzuniyyətdən sonra isə Belarusun gələcək prezidenti ilə uzun müddət həmkar münasibətlərini qoruyub saxlayıb, çünki Lukaşenko bir müddət müəllim kimi də fəaliyyət göstərib.
Bildirilir ki, dövlət başçısı keçmiş müəllimi ilə mütəmadi əlaqə saxlayıb. Belə ki, onun 100 illik yubileyi münasibətilə ağ tüklü şal hədiyyə edib, eləcə də ad günlərini daim təbrik edib.