Əsas məzmuna keç

Siyavuş Novruzovun çıxışı İsa Həbibbəylinin etirazına səbəb olub

Siyavuş Novruzovun çıxışı İsa Həbibbəylinin etirazına səbəb olub

bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib. Siyavuş Novruzov bildirib ki, elmdə türkologiya və Cənubi Azərbaycan...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

“ sahəsində ciddi işlər görülməlidir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Novruzov deyib.

Siyavuş Novruzov bildirib ki, elmdə türkologiya və Cənubi sahəsinə ciddi yer almalıdır: “Əvvəllər “Türkologiya” jurnalı var idi, indi o da yoxdur. Bu materiallar artırılmalıdır”.

Onun sözlərinə görə, vətəndaşları narahat edən digər məsələ sahəsində olan problemlərdir: “Bütün nazirliklər akademiya açır, peşə məktəbi açan yoxdur. Bizim böyük şəhərlərimizdə də peşə məktəbi çox azdır. Bu gün onların sayı çox olsa, gənclər heç institutlara getməz. Peşə texniki sahəsində məsələyə ciddi yanaşılmalı, hər struktura tapşırıq verilməlidir ki, bir peşə texniki məktəb açılsın”.

Deputat İsa Həbibbəyli isə Siyavuş Novruzova cavabında bildirib ki, “Türkologiya” jurnalı heç vaxt çağını dayandırmayıb: “Türkologiyanın inkişafını təmin etmək üçün “Türkoloji araşdırma” jurnalı da çap olunur. Bu jurnallar bütün türk ölkələrində yayılır. AMEA-da Cənubi Azərbaycanla bağlı 3 şöbə də fəaliyyət göstərir. Orada 30 nəfərə yaxın elmi işçi çalışır. Hər üç şöbənin fəaliyyətinin gücləndirilməsi Rəyasət Heyətində müzakirə olunub. Hər iki sahənin potensialı çoxdur və daha da artırılacaq”.

Sədr isə Siyavuş Novruzova təklif edib ki, Elm və təhsil komitəsinin iclaslarında tez-tez iştirak etsin ki, bu cür məlumatları əldə etsin.

Təqvim

  1. Zəfər Günü 8 noyabr · 26 gün qalıb
  2. Dövlət Bayrağı Günü 9 noyabr · 27 gün qalıb
  3. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 79 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…