Siyavuş Novruzov: “Yaşlı adamların efirdə evləndirilməsi dəyərlərimizə ziddir”

Siyavuş Novruzov: “Yaşlı adamların efirdə evləndirilməsi dəyərlərimizə ziddir”
02.05.2023 12:19
Aa
dəq

“Yaşlı adamların efirdə evləndirilməsi dəyərlərimizə ziddir”.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin mayın 2-də keçirilən plenar iclasında İTV-nin Yayım Şurasına yeni üzvlərin seçilməsi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan demokratik ölkə olduğundan hər kəs azaddır: “Ancaq bu gün 70 yaşlı adamları efirə evləndirməyə dəvət edirlər və onlar televiziyada ailə qururlar. Axı, bizim adətlərimiz, milli-mənəvi dəyərlərimiz var?! Düzdür, Rusiyada belə bir proqram var, ancaq onların da öz milli-mənəvi dəyərləri var. Axı, televiziyada kim evlənir, boşanır?! Ziyalılarımız bu məsələyə münasibət bildirməlidirlər. Çünki nəvə-nəticələri bunlardan nə tərbiyə götürəcək?! Dövlətimiz əxlaq, mənəviyyat üzərində qurulub. Bu dövləti hara aparırsınız?! 5 manat pul qazanırsız, amma xalqın tərbiyəsini pozmayın”.

Deputat həmçinin İTV-nin hazırladığı verilişlərlə digər telekanallardan fərqli olmağa çalışdığını da bildirib: “Amma həmin telekanalın bir neçə proqramında, xüsusilə də xəbərlərdə dəyişiklik yaxşı olardı. Bütün telekanallarda yayımlanan xəbərlər proqramı, demək olar ki, eynidir. Ona görə də xəbərlər proqramında müəyyən dəyişiklik İTV-nin fəaliyyəti üçün təqdirəlayiq olardı”.

Həftənin ən çox oxunanları

MSK yekun siyahını açıqladı - Bu şəxslər deputat seçildi

MSK yekun siyahını açıqladı - Bu şəxslər deputat seçildi
DAVAMIN OXU davamın oxu

Beş məntəqənin nəticələri ləğv edildi - YENİLƏNİB

Beş məntəqənin nəticələri ləğv edildi - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

"Azərbaycan seçici siyahıları ilə bağlı fəaliyyətində dünyada bir nümunə kimi göstərilir"

DAVAMIN OXU davamın oxu

Bu dairələrdən şikayətlər var

Bu dairələrdən şikayətlər var
DAVAMIN OXU davamın oxu

"Seçki ilə bağlı sosial şəbəkələrdə paylaşılan məsələlər araşdırılır"

DAVAMIN OXU davamın oxu