Əsas məzmuna keç

Şimşək, leysan, dolu.. - FAKTİKİ HAVA AÇIQLANDI

Şimşək, leysan, dolu.. - FAKTİKİ HAVA AÇIQLANDI

Azərbaycanda bəzi yerlərdə çaxıb, arabir xarakterli yağıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, oktyabrın 13-ü saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyrı-sabit keçib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb. Əsasən şərq rayonlarında güclü olub.

Düşən yağıntının miqdarı Sabirabadda 57 mm, Lənkəranda 47 mm, Cəfərxanda 23 mm, Astara, Neftçalada 5 mm, Qrız, Yardımlı, İsmayıllı, Şahdağ, Mingəçevir, Altıağac, Xaçmaz, Xaltan, Oğuz, Qəbələ, Şəki, Naxçıvan, Daşkəsən, Gədəbəy, Gəncə, Balakən, Zaqatala, Qax (Sarıbaş), Şamaxı, Quba, Qusar, Şabran, Goranboy, Yevlax, Göyçay, Zərdab, İmişli, Şirvan, Bərdə, Biləsuvar, Xınalıq, Lerikdə 3 mm-dək, Bakıda və yarımadasında, Neft Daşlarında 9 mm, Pirallahıda 2 mm, Çilov adası, Maştağa, Binədə 1 mm-dək olub.

Şəmkir, Naftalan, Göygöl, Balakən, Daşkəsən, Lerik, Qrız, Tərtər, Göycay, Şəki, Qax, Qobustan, Quba, Qusar, Qəbələ, Xınalıq, Xaltanda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21, Naxçıvan MR-da 29, Aran rayonlarında 26, dağlıq rayonlarda 18 dərəcəyədək isti qeydə alınıb.

Hava proqnozu

8° Bakıda indiÇiskin
  1. Bu gün Arabir yağış 14° 8° yağış 79%
  2. Sabah Arabir yağış 11° 7°
  3. Birisi gün Az buludlu 13° 8°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…