Operativ Məlumat Mərkəzi

Şimali Makedoniyada parlament və prezident seçkiləri keçirilir

1 dəq
Paylaş:
Şimali Makedoniyada parlament və prezident seçkiləri keçirilir
gün ərzində respublikanın 1,81 milyona yaxın vətəndaşı səsvermə hüquqlarından istifadə edə biləcək. Bildirilib ki, ölkədə 3480 seçki məntəqəsi fəaliyyət...

Şimali Makedoniyada parlament seçkiləri, həmçinin prezident seçkilərinin ikinci turu keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, gün ərzində respublikanın 1,81 milyona yaxın vətəndaşı səsvermə hüquqlarından istifadə edə biləcək.

Bildirilib ki, ölkədə 3480 seçki məntəqəsi fəaliyyət göstərir, səsvermə prosesi yerli vaxtla saat 19:00-da başa çatacaq.

Assambleyada (birpalatalı parlament) yerlər uğrunda 17 partiya və koalisiyadan olan namizədlər mübarizə aparacaq (5 koalisiyaya 50-yə yaxın partiya daxildir). Parlament seçkilərində əsas mübarizənin Dimitar Kovaçevskinin başçıqlıq etdiyi Makedoniya Sosial Demokrat İttifaqının (SDSM) rəhbərlik etdiyi “Avropanın gələcəyi naminə” koalisiyası ilə ən böyük müxalifət partiyasının rəhbərlik etdiyi “Sizin Makedoniya” koalisiyası arasında gedəcəyi gözlənilir.

Prezident seçkilərinin ikinci turunda iki namizəd mübarizə aparır: Qordana Siljanovska-Davkova və SDSM tərəfindən dəstəklənən respublikanın hazırkı prezidenti Stevo Pendarovski.

Bu xəbəri paylaş

Oxşar xəbərlər