Operativ Məlumat Mərkəzi

Şimali Koreya yeni orta mənzilli hipersəs raket sınağını yoxlayıb

1 dəq
Paylaş:
Şimali Koreya yeni orta mənzilli hipersəs raket sınağını yoxlayıb
bu barədə Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat verib. Xəbərdə, sınaq atışlarına nəzarət etdiyi və atəş əmrini...

Şimali Koreya yeni orta mənzilli hipersəs raketini sınaqdan keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat verib.

Xəbərdə, sınaq atışlarına nəzarət etdiyi və atəş əmrini komandanlığın müşahidə sahəsindən verdiyi bildirilən Kim Çen Inın raketin "nüvə müharibəsindən çəkindirmə qabiliyyətinin artırılmasında rol oynayacağı" mesajını verdiyi bildirilib.

Yeni orta mənzilli hipersəs raketinin sınaq atışının “uğurlu” olduğu qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər