Şimali Koreya və Çin dostluq münasibətlərini gücləndirməkdə qərarlı olduqlarını bəyan ediblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreyanın xarici işlər naziri Choe Son-huinin Çinin Pxenyandakı yeni səfiri Vanq Yacunu qəbul edib.
Görüş zamanı nazir Çoe və səfir Yacun iki ölkə arasında “tarixi və dostluq münasibətlərini inkişaf etdirmək əzmində olduqlarını” deyiblər.