Operativ Məlumat Mərkəzi

Şimali Koreya Sarı dəniz istiqamətində 60 mərmi atıb

1 dəq
Paylaş:
Şimali Koreya Sarı dəniz istiqamətində 60 mərmi atıb

Şimali Koreya yanvarın 6-da Sarı dəniz istiqamətində 60-a yaxın artilleriya mərmisi atıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Cənubi Koreyanın “Yonhap” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl, yanvarın 5-də komitə KXDR sahil artilleriyasının Sarı dənizdə yerləşən Yonphyondo və Pennyondo adalarına doğru 200-dən çox mərmi atdığını məlumat vermişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər