Çin prezidenti Si Cinpin oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitində iştirak etmək üçün Rusiyaya səfər edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin bildirib.
“Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Çin Xalq Respublikasının sədri Si Cinpin BRİKS ölkələri liderlərinin XVI sammitində iştirak etmək üçün oktyabrın 22-dən 24-dək Kazan şəhərinə səfər edəcək”, - o vurğulayıb.