Əsas məzmuna keç

Seysmoloji Mərkəz: Vulkan püskürməsi üç fazada qeydə alınıb

Seysmoloji Mərkəz: Vulkan püskürməsi üç fazada qeydə alınıb

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) bu gün Qaradağ rayonunda yerləşən Otman Bozdağ palçıq vulkanında püskürmə barədə məlumat yayıb....

nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) bu gün Qaradağ rayonunda Otman Bozdağ vulkanında püskürmə barədə məlumat yayıb.

RSXM-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, üç fazada qeydə alınan püskürmənin birinci fazası yerli vaxtla saat 08:27-də başlayıb və 08:37-ə qədər 10 dəqiqə davam edib. İkinci faza püskürmə yerli vaxtla saat 08:39-da başlayıb və 08:51-ə qədər 12 dəqiqə davam edib. Üçüncü faza püskürmə yerli vaxtla saat 09:02-də başlayıb və 09:06-ə qədər 4 dəqiqə davam edib. Püskürmənin dərinliyi 4 kilometr, ümumi ayrılan 2.19*10^7 coul olub.

püskürməsi AMEA nəzdində RSXM-nin palçıq vulkanları ətrafında quraşdırılmış seysmik stansiyaları tərəfindən qeydə alınıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…