"Səudiyyə Ərəbistanı İsraili qəbul edərsə, İran çox güman ki, İslam dünyasının lideri kimi tanınan krallığın mövqeyinə daha da aqressiv şəkildə etiraz edəcək və ölkənin təhlükəsizliyini təhdid edəcək”
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu “Foreign Policy” nəşrinin yeni analitik yazısında qeyd olunub.
Vaşinqton və Yaxın Şərqdəki bir sıra siyasətçilər Səudiyyə Ərəbistanını ABŞ-lə rəsmi paktı müqabilində İsraillə əlaqələrinin normallaşdıra bilməsi imkanı mövzusunda müzakirələr aparıb.
Onların fikrincə, bu addım Ər-Riyadla İranın son diplomatik razılaşmasını təhlükəyə ata bilər.
Buna əsas səbəb isə odur ki, onilliklərdir İran-İsrail münasibətlərində kölgə var və bu son 7 ildə hər iki ölkənin düşmən münasibətləri daha da gərginləşib.