Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-də vəfat edən senatorun yerinə bacısı təyin edilib

2 dəq
Paylaş:
ABŞ-də vəfat edən senatorun yerinə bacısı təyin edilib

ABŞ-nin ştatının qubernatoru Henry McMaster vəfat edən respublikaçı senator Lindsey Grahamın yerinə onun bacısı Darline Qraham Nordoneni təyin edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, qubernator keçirdiyi mətbuat konfransında qanunvericiliyə uyğun olaraq bu səlahiyyətin ona məxsus olduğunu bildirib. Məlumata görə, Nordone Grahamın yanvar ayında başa çatacaq senatorluq müddətini tamamlayacaq.

Bildirilib ki, qərar ABŞ Prezidenti Donald Trampın hesabında bu təyinatın "Lindsey üçün gözəl bir ehtiram olacağı" barədə paylaşımından sonra qəbul edilib. Cənubi Karolinanı təmsil edən digər respublikaçı senator Tim Skott da qərarı dəstəklədiyini açıqlayıb.

Məlumata əsasən, bu gün and içərək səlahiyyətlərinin icrasına başlayacaq 62 yaşlı Darlin Qraham Nordone Cənubi Karolina tarixində federal səviyyədə ilk qadın senator olacaq.

Qeyd edək ki, Ağ Evdə jurnalistlərə açıqlama verən ABŞ Prezidenti mərhum Lindsey Grahamı "möhtəşəm insan" və "hər kəsin dostu" adlandırıb. O, senatorun vəfatından qısa müddət əvvəl onunla apardığını və Grahamın həmin söhbətdə özünü bir qədər yorğun hiss etdiyini dediyini bildirib.

, həmçinin Grahamın son söhbətlərində "Save America Act" (Amerikanı Xilas Et Qanunu) layihəsini güclü şəkildə dəstəklədiyini qeyd edib. Onun xatirəsinə ehtiram əlaməti olaraq ölkə üzrə dövlət bayraqlarının şənbə günü axşamadək yarıya endirilməsi tapşırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax