Son illərdə iqlim dəyişikliyinin təsiri ilə quraqlıqla mübarizə aparan Şərqi Afrikada bu il normadan artıq yağıntı alacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Mart-may ayları arasında yağıntılı mövsümdə ümumi illik yağıntının 60 faizini alacaq regionda kənd təsərrüfatı və hidroloji şərait yaxşılaşacaq.
Keniya, Somali, Uqanda, Burundi, Ruanda, Sudanın cənubu və Tanzaniyanın şimal-qərbi yağışlardan ən çox müsbət təsirlənəcək ölkə və bölgələr olacaq.
Bəzi rayonlarda gözlənilən yağıntı daha tez yağmağa başlayacaq.
Kənd təsərrüfatına birbaşa təsir edən və su problemi yaşayan bölgələr üçün həyati əhəmiyyət kəsb edən yağışların Şərqi Afrikadakı ərzaq böhranını da yüngülləşdirəcəyi gözlənilir.
Afrika Buynuzu ölkələrində olan Keniya, Somali və Efiopiyada 36 milyondan çox insan quraqlıqdan mənfi təsirlənir.