Əsas məzmuna keç

Sərnişinlər artıq Bakıdan Naxçıvana onlayn bilet ala biləcəklər

Sərnişinlər artıq Bakıdan Naxçıvana onlayn bilet ala biləcəklər

Rəqəmsal İnkişaf və Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətlərinin elektronlaşdırılması, nəqliyyat sahəsində rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində “.az” portalına daha bir məntəqə əlavə edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" quruma istinadən xəbər verir ki, sərnişinlər artıq Bakıdan Naxçıvana ala bilərlər.

Portala daxil edilən istiqamətlərin sayı hazırda 40-a çatıb. Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcıları və avtovağzalları mərhələli şəkildə əhatə edəcək. Hazırda sistemə qoşulan daşıyıcıların sayı 92-yə, nəqliyyat vasitələrinin sayı isə 223-ə çatdırılıb.

Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.

Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün “Biletim” mobil tətbiqini “App Store” və “Google Play”dən yükləmək mümkündür.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…