Pakistanın Bəlucistan əyalətində separatçı "Bəlucistan Azadlıq Ordusu" (BLA) tərəfindən həyata keçirilən genişmiqyaslı terror hücumları nəticəsində insan itkilərinin sayı artıb.
"Operativ Məlumat Mərkəzi-OMM" Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Birliyinə (ISPR) istinadən xəbər verir ki, 12 fərqli bölgədə eyni vaxtda törədilən hücumlar nəticəsində 33 nəfər həyatını itirib.
Ölənlərin 18-i mülki şəxs, 15-i isə təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır.
Hadisədən dərhal sonra Pakistan ordusu tərəfindən başladılan əks-terror əməliyyatları nəticəsində aralarında 3 kamikadzenin də olduğu ən azı 92 terrorçu zərərsizləşdirilib.
Rəsmi qurumlar terror aktlarının əsasən Ketta, Mastung, Nuşki, Qvadar və Pasni kimi strateji bölgələrdə mülki şəxsləri hədəf aldığını bildirib.
Xatırladaq ki, hadisələr səhər saatlarında silsilə partlayışlar və intensiv atışmalarla başlayıb. Hazırda bölgədə terrorçuların qalıqlarının təmizlənməsi və cinayətkarların ədalət məhkəməsinə təslim edilməsi üçün axtarış-təhqiqat tədbirləri davam etdirilir.