Operativ Məlumat Mərkəzi

Sərhəddə təxribat törədən 3 erməni hərbçi məhv edilib, xüsusi təyinatlı korpusun komandiri ağır yaralanıb

1 dəq
Paylaş:
Sərhəddə təxribat törədən 3 erməni hərbçi məhv edilib, xüsusi təyinatlı korpusun komandiri ağır yaralanıb
Ermənistan Müdafiə Nazirliyi də faktı təsdiqləyib. Bildirilib ki, Gorus rayonunun Dığ kəndi istiqamətində baş verən atışma nəticəsində 3 erməni hərbçisi...

Ermənistan silahlı qüvvələrinin şərti dövlət sərhədində təxribat törədən zaman Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində 3 erməni hərbçisi məhv edilib, çoxlu sayda yaralanan var.

"Operativ Məlumat Mərkəzi-OMM" “Hraparak”a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi də faktı təsdiqləyib.

Bildirilib ki, Gorus rayonunun Dığ kəndi istiqamətində baş verən atışma nəticəsində 3 erməni hərbçisi ölüb, çoxlu sayda hərbçi yaralanıb.

Yaralananlardan biri Ermənistan silahlı qüvvələrinin xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyandır.

Onun vəziyyəti ağırdır. A.Gözləyən Gorusda yerləşən tibbi mərkəzində cərrahiyyə əməliyyatı olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər