Operativ Məlumat Mərkəzi

Sergey Lavrov "Vaqner"in qiyamında Qərbin əlinin olduğunu istisna etməyib

1 dəq
Paylaş:
Sergey Lavrov "Vaqner"in qiyamında Qərbin əlinin olduğunu istisna etməyib
o, bu barədə jurnalistlərin suallarını cavablandırarkən deyib. Nazirin sözlərinə görə, Rusiya xüsusi xidmət orqanları artıq məsələni araşdırmağa...

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 24-də “Vaqner” özəl hərbi şirkətinin silahlı qiyamında Qərbin əlinin olduğunu istisna etməyib.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazirin sözlərinə görə, Rusiya xüsusi xidmət orqanları artıq məsələni araşdırmağa başlayıblar.

S.Lavrov bildirib ki, qiyamdan sonra ABŞın Rusiyadakı səfirliyi ilə əlaqə saxlanılıb. ABŞ səfiri isə Vaşinqtonun bu işdə əlinin olmadığını söyləyib.

XİN başçısının fikrincə, iyunun 24-də baş verənlər Rusiya ilə onun dostları arasındakı münasibətlərə təsir etməyəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər