Sergey Lavrov Azərbaycan və Ermənistan münasibətləri haqqında danışdı

Sergey Lavrov Azərbaycan və Ermənistan münasibətləri haqqında danışdı
30.01.2023 13:38
Aa
dəq

"Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prioritetimizdir".

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Bizi Cənubi Qafqaz dövlətləri respublikaları ilə ümumi tarix, mənəvi və mədəni yaxınlıq, xalqlar arasında möhkəm dostluq telləri bağlayır. Cənubi Qafqazla bilavasitə həmsərhəd olan Rusiya bu regionun sabitliyində və rifahında, onun nəqliyyat, logistika, ticarət, investisiya, texnoloji imkanlarından qarşılıqlı faydalı istifadə və açıqlanmasında maraqlıdır. Diplomatiyamızın məqsədi də məhz budur”, - o qeyd edib.

S.Lavrov bildirib ki, Rusiya regionda yığılmış münaqişə potensialının aradan qaldırılması üçün intensiv işləyir: “Bu baxımdan prioritet vəzifələrdən biri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasıdır. Əsası Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli bəyanatları təşkil edir. Əminik ki, prosesin uğuru tamamilə bu üçtərəfli qaydalara ciddi riayət olunmasından asılıdır”.

Həftənin ən çox oxunanları

Rusiya Paşinyanın Ermənistanda “hakimiyyəti qəsb etməyə” cəhdi ilə bağlı ittihamlara cavab verib

Rusiya Paşinyanın Ermənistanda “hakimiyyəti qəsb etməyə” cəhdi ilə bağlı ittihamlara cavab verib
DAVAMIN OXU davamın oxu

Türkiyə kəşfiyyatı İraqda PKK-nın rəhbərlərindən birini öldürüb

Türkiyə kəşfiyyatı İraqda PKK-nın rəhbərlərindən birini öldürüb
DAVAMIN OXU davamın oxu

Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək

Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək
DAVAMIN OXU davamın oxu

Rusiya hakerlərinin Ermənistan Baş naziri Aparatının məlumat bazasına hücumu yoxlanılır

Rusiya hakerlərinin Ermənistan Baş naziri Aparatının məlumat bazasına hücumu yoxlanılır
DAVAMIN OXU davamın oxu

İran prezidenti Livandakı peycer partlayışlarını Qərb üçün biabırçılıq adlandırıb

İran prezidenti Livandakı peycer partlayışlarını Qərb üçün biabırçılıq adlandırıb
DAVAMIN OXU davamın oxu