SEPAH Hörmüz boğazına tam nəzarət etdiyini elan edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, İslam İnqilabı Keşikçiləri Korpusu Məhəmməd Əkbərzadə açıqlamasında qeyd edib: “Hörmüz boğazı hazırda İran İslam Respublikasının dəniz qüvvələrinin tam nəzarəti altındadır”.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin Fars körfəzindəki bu həyati əhəmiyyətli gəmiçilik marşrutundan keçən neft tankerlərini müşayiət etməyə hazır olduğunu bildirmişdi.
Qeyd edək ki, Hörmüz boğazı dünyanın ən vacib dəniz ticarət yollarından biri hesab olunur və dünyanın neft və qaz ehtiyatlarının təxminən beşdə biri bu boğazdan keçir.