İran İsraillə üz-üzə deyil, ABŞ ilə birbaşa hərbi münaqişədədir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun İsfahandakı qərargahının komandiri, general-mayor Müctəba Fəda deyib.
“Bu gün biz ABŞ-ın özü ilə qarşı-qarşıyayıq, biz qondarma İsraili tanımırıq və amerikalılarla birbaşa hərbi münaqişədəyik”, - deyə general bildirib.
Onun sözlərinə görə, İsrail və ABŞ Livanda vətəndaş müharibəsinin alovlanmasına can atır.