Əsas məzmuna keç

Sentyabrda temperatur normadan yüksək olub

Sentyabrda temperatur normadan yüksək olub

“Bu ilin sentyabr ayının ikinci ongünlüyündə Azərbaycanda havanın temperaturu iqlim normasından 5.2 dərəcə yüksək olub”. Bunu Milli Hidrometeorologiya...

“Bu ilin sentyabr ayının ikinci ongünlüyündə Azərbaycanda havanın temperaturu iqlim normasından 5.2 dərəcə yüksək olub”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim bildirib.

Onun sözlərinə görə, havanın temperaturu Bakıda və yarımadasında 11 və 13 sentyabr tarixlərində 31 dərəcə isti, bölgələr üzrə isə 12 sentyabr tarixində Naxçıvan MR-da 37 dərəcə isti müşahidə olunub.

N.Mahmudov qeyd edib ki, sentyabrın ikinci ongünlüyündə əksər bölgələrdə yağmursuz keçsə də, əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağıntılı hava şəraiti müşahidə edilib və ümumi olaraq bölgələr üzrə 8 gün yağıntılı keçib: “Ən çox yağıntı isə aylıq normanın 70 faizi qədər Balakən-Şəki bölgəsinə düşüb. 13 sentyabrda Şahdağın yüksək dağlıq ərazilərinə (3500 metr yüksəkliyə qədər) qar yağması müşahidə olunub”.

Xidmət rəisi onu da əlavə edib ki, sözügedən tarixin bəzi günlərində şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq sarı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 1 gün, bölgələrdə isə 9 gün küləkli olub, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 16 m/s, bölgələrdə isə 21 m/s-dək güclənib.

Hava proqnozu

13° Bakıda indiBuludlu
  1. Bu gün Günəşli 16° 13°
  2. Sabah Az buludlu 14° 12° yağış 64%
  3. Birisi gün Çiskin 14° 11° yağış 82%
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…