Əsas məzmuna keç

Sənədsiz evlər üçün Azərbaycanda amnistiya təklifi irəli sürüldü

Sənədsiz evlər üçün Azərbaycanda amnistiya təklifi irəli sürüldü

Milli Məclisdə qeydiyyatsız tikililərin leqallaşdırılması müzakirə olunur. Mülkiyyət hüququ ilə bağlı gözlənilən güzəştlər minlərlə vətəndaşı necə sevindirəcək?

ru en

Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" çərçivəsində sənədsiz üçün amnistiya elan edilməsi, bununla bağlı xüsusi proqram qəbul olunması və bu məsələnin mərhələli şəkildə həll edilməsi məqsədəuyğundur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bildirib.

"Azərbaycanda təxminən 500 min sənədsiz ev var. Həmin evlərdə yaşayan şəxslər ora qeydiyyat" düşə, paralel olaraq dövlət xidmətlərinə çıxış əldə edə bilmirlər. Problemin həlli ilə bağlı sistemli və kompleks islahat lazımdır. Sənədsiz evlərlə bağlı dünya təcrübəsi var. Məsələn, Türkiyədə "İmar Barışı" proqramı çərçivəsində 2018-ci ildə 7 milyondan çox sənədsiz evə dəyərinin 3 %-i qədər ilkin rüsum ödənilməklə alındı. Biz də oxşar təcrübəni tətbiq edə bilərik. və elektrik xətlərinin mühafizə zolaqlarında, riskli ərazilərdə, strateji torpaqlarda inşa edilmiş sənədsiz evlər istisna olmaqla qalan evlərə çıxarış verilə bilər. Bu iqtisadiyyatımıza, o cümlədən büdcəyə milyardla manat əlavə və davamlı dəyər qata bilər", - deyə o qeyd edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…