ABŞ senatoru Kris Mörfi "X" sosial media platformasında etdiyi paylaşımda Donald Trampın İrana qarşı səsləndirdiyi fikirlərə münasibət bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, senator qeyd edib ki, İrandakı körpülərin və enerji stansiyalarının hədəfə alınması Hörmüz boğazının yenidən açılmasına heç bir töhfə verməyəcək.
Əksinə, bu addım Birləşmiş Ştatların beynəlxalq nüfuzuna ciddi zərbə vuracaq.
Mörfinin sözlərinə görə, Tramp hərbi hədəf seçirmiş kimi belə davranmır və milli panika yaratmaq məqsədilə on minlərlə mülki şəxsi qətlə yetirməyə hazırdır.
O vurğulayıb ki, bu təhdidlərin həyata keçirilməsi "açıq hərbi cinayət" hesab olunacaq.
Trampın jurnalistlərə gələn həftə kütləvi hərbi cinayətlər törədəcəyini dediyini xatırladan Mörfi, Respublikaçılar Partiyasının rəhbərliyini onu dayandırmağa çağırıb.
Xatırladaq ki, Donald Tramp öz sosial media hesabında 7 aprelin İranda "Enerji Stansiyası və Körpü Günü" olacağını yazaraq, Tehran rəhbərliyini Hörmüz boğazını açmağa çağırmışdı. O, əks təqdirdə İranın çox ağır nəticələrlə üzləşəcəyini iddia etmişdi.