ABŞ Senatı Donald Trampın ölkəni NATO-dan çıxarmaq cəhdini dəstəkləməyəcək.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Senatdakı demokratların azlıq lideri Kuk Şumer bildirib.
Senator X səhifəsində yazıb: "Mən buna söz verə bilərəm. Senat NATO-dan çıxmaq və müttəfiqlərimizi tərk etmək üçün səs verməyəcək"
Şumer əlavə edib ki, prezidentlərin bu məsələdə istədikləri kimi hərəkət edə bilməmələrini təmin etmək üçün 2023-cü ildə Senatda üçdə iki səs tələb edən qanun layihəsini dəstəklədiyinə görə Marko Rubioya təşəkkür edir.
Qeyd edək ki, sözügedən təşəbbüs ABŞ Prezidentinin Konqresin təsdiqi olmadan ölkəni NATO-dan çıxarmasını qadağan edir. Qanun layihəsi 2023-cü ilin dekabrında hər iki palata tərəfindən qəbul edildikdən sonra Co Bayden tərəfindən imzalanaraq qüvvəyə minib.
Bundan əvvəl isə Tramp Avropa müttəfiqlərini tənqid edərək NATO-nu “kağız pələng” adlandırmışdı.