Əsas məzmuna keç

Şəmkirdə məsul şəxs cərimələnib

Şəmkirdə məsul şəxs cərimələnib

Şəmkirdə şəxs cərimələnib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" -ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyulun 5-də Şəmkir rayonu ərazisində keçirdikləri tədbirlər zamanı tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi və suların torpağa axıdılması faktlar aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) və 262.2.3-cü maddəsinin (içməli, məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə) tələblərini pozduqlarına görə Şəmkir şəhər Mənzil İstismar Kontorunun məsul şəxsi və rayon sakini olan 2 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…