Əsas məzmuna keç

Səmərqəndə uçan təyyarə Bakıda məcburi eniş edib

Səmərqəndə uçan təyyarə Bakıda məcburi eniş edib

İstanbul–Səmərqənd marşrutu üzrə uçuş həyata keçirən “Centrium Air” aviaşirkətinə məxsus Airbus A321 tipli hava gəmisinin kapitanı Heydər Əliyev...

İstanbul– marşrutu üzrə uçuş həyata keçirən “Centrium Air” aviaşirkətinə məxsus Airbus A321 tipli hava gəmisinin kapitanı Beynəlxalq Aeroportuna məcburi ilə bağlı müraciət edib.

Aeroportdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətində yaranan qəfil pisləşmə olub.

Məlumata görə, təyyarə yerli vaxtla saat 08:29-da hava limanına uğurla eniş edib.

Hava limanının bütün aidiyyəti xidmətləri dərhal yüksək hazırlıq vəziyyətinə gətirilib. Tibbi heyət tərəfindən sərnişinə yerində ilkin yardım göstərilib, vəziyyəti qiymətləndirildikdən sonra isə onun paytaxt xəstəxanalarından birinə yerləşdirilməsinə qərar verilib.

Qeyd edək ki, sərnişinlərin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi Heydər Əliyev Beynəlxalq Aeroportunun əsas prioritetidir. Bu məqsədlə bütün xidmətlər operativ və tam koordinasiya olunmuş rejimdə fəaliyyət göstərir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…