Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, tviterdə yazıb:
“Qardaş ölkəmiz Azərbaycanda göstərdiyi səmimi qonaqpərvərliyə görə hörmətli Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Tək millət, iki dövlətin ortaq gələcəyi olan “Qızıl Alma” üçün işləməyə davam edəcəyik”.