Operativ Məlumat Mərkəzi

Şəkidə yük maşını yanıb

1 dəq
Paylaş:
Şəkidə yük maşını yanıb
Şəkidə yük maşını yanıb, sürücü xəsarət alıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Belə ki, Kiçik Dəhnə...

Şəkidə yük maşını yanıb, sürücü xəsarət alıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, Kiçik Dəhnə kəndində “КамАЗ” markalı yük avtomobilinin qoşqusunun yanar hissələri və qoşquya yığılan 6 ton ot bağlamasının 2 tonu yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Ot bağlamalarının qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər