Operativ Məlumat Mərkəzi

Səfir: "Rusiyanın Cənubi Qafqazı tərk etməsindən söhbət gedə bilməz"

1 dəq
Paylaş:
Səfir: "Rusiyanın Cənubi Qafqazı tərk etməsindən söhbət gedə bilməz"
bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Sputnik Armenia”ya müsahibəsində deyib. Səfir həmçinin xatırladıb ki, Rusiyanın Ermənistan...

“Cənubi Qafqaz həyati vacib regiondur və Rusiya de-fakto onun bir hissəsidir”.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Sputnik Armenia”ya müsahibəsində deyib.

Səfir həmçinin xatırladıb ki, Rusiyanın Ermənistan qarşısında müttəfiqlik öhdəlikləri var, ölkəsi bundan imtina etmək, öhdəlikləri unutmaq niyyətində deyil və bu səbəbdən də Rusiyanın Cənubi Qafqazdan geri çəkilməsinə dair guya planlarının olması barədə deyilən hər hansı fikir yalnız spekulyasiyadır.

“Rusiyanın regionda iştirakının rolunu hiss etmək üçün Ermənistanın sərhədyanı rayonlarının və Qarabağın erməni sakinləri ilə ünsiyyətdə olmaq lazımdır. Bir var siyasi spekulyasiyalar, lakin bir də real həyat var”, - diplomat qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər