Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ankarada Donald Trampın qalacağı otelin təhlükəsizlik tədbirləri gücləndirilib

2 dəq
Paylaş:
Ankarada Donald Trampın qalacağı otelin təhlükəsizlik tədbirləri gücləndirilib

Ankarada NATO Zirvəsi öncəsi tədbirləri gücləndirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Ankara şəhərində keçiriləcək yüksək səviyyəli ərəfəsində tədbirləri maksimum səviyyəyə çatdırılıb.

Məlumata görə, paytaxtın hava limanlarında, protokol marşrutlarında və xarici nümayəndə heyətlərinin yerləşəcəyi məkanlarda genişmiqyaslı hazırlıq işləri həyata keçirilir.

Bildirilir ki, ABŞ-nin Ankaradakı səfirliyi yaxınlığında və ABŞ Prezidenti Donald Trampın qalacağı gözlənilən otelin ətrafında polis tərəfindən təhlükəsizlik tədbirləri görülüb.

Qeyd olunur ki, əraziyə təhlükəsizlik baryerləri quraşdırılıb, xüsusi nəzarət-buraxılış məntəqələri yaradılıb. Eyni zamanda, hər hansı fövqəladə hadisəyə operativ müdaxilə məqsədilə təcili tibbi yardım və yanğınsöndürmə briqadaları da hazır vəziyyətdə saxlanılır.

Məlumata əsasən, digər dövlət və hökumət başçılarının qalacağı otellərdə də analoji təhlükəsizlik rejimi tətbiq edilir.

Bildirilir ki, Ankaranın strateji əhəmiyyət daşıyan nöqtələrində hüquq-mühafizə orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax