"Seçkilərdə qazanılmış uğur Türk düşmənlərinə bir sillə oldu" - Deputat

"Seçkilərdə qazanılmış uğur Türk düşmənlərinə bir sillə oldu" - Deputat
15.05.2023 21:12
Aa
dəq

“Dünən Türkiyədə keçirilən seçkilər Türkiyəni, Türk dünyasını sevməyən qüvvələrin ümidlərini puç etdi”.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məcilisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputat qeyd edib ki, beynəlxalq media orqanlarının Ərdoğana qarşı apardıqları qarayaxmanın arxasında şər-böhtan, məkirli planlar dayanır.

“14 mayda qardaş Türkiyədə keçirilən həm Parlament, həm Prezident seçkiləri Türkiyəni, Türk dünyasını sevməyən qüvvələrin bütün arzularını puç etdi. Fransa, Almaniya, ABŞ mətbuatında Türkiyədə totalitar rejimin olduğu qeyd olunurdu. Ərdoğan rejimini tənqid edirdilər, amma dünənki seçkilər bir daha göstərdi ki, Türkiyəyə qarşı apardıqları qarayaxma kampaniyası, atdıqları şər-böhtan Türkiyəyə qarşı, Türk dünyasına qarşı məkirli planlardan qaynaqlanır. Dünən Türkiyədə dünyada görülməmiş, örnək seçki keçirildi. Birincisi, dünyanın nadir ölkələrində belə seçici fəallığı olur. Avropada və Amerikada artıq uzun illərdi ki, seçicilərin 20-25 faizi seçkilərdə iştirak etsə, bu, böyük uğur kimi qəbul olunur. Ona görə ki, artıq orda seçicinin siyasilərə inamı yoxdur. İnam olmadığına görə, seçkilərdə iştirak etmirlər. Amma dünən təxminən 60 milyon civarında insan seçkidə iştirak etdi. Və bir daha göstərildi ki, Türk xalqı üçün, Türkiyə dövləti üçün, Ərdoğan üçün demokratik dəyərlər nə dərəcədə müqəddəsdir və toxunulmaz bir prinsipdir. Dünən səçkiləri demokratiya bayramı adlandırırdılar. İnsident olmadan seçkini başa vurdular. Bu, növbəti dəfə Türk düşmənlərinə bir sillə idi”.

Rəcəb Tayyib Ərdoğana qarşı qarayaxma kampaniyası aparan media qurumlarını riyakar adlandıran deputat qeyd edib ki, onlar Ərdoğan hakimiyyətinin devirilməsi üçün əllərindən gələni etməyə hazır idilər.

“Türkiyəyə qarşı olan mətbuat orqanları riyakardır. Ərdoğan kimi güclü lider onlara sərf etmir. Onlar Ərdoğanın hakimiyyətdən devrilməsi üçün əllərindən gələni etməyə hazır idilər. Və bu çirkin niyyətlərini gizlətmirdilər. Dünyanın ən nüfuzlu media orqanları bunu ifadə edirdi. Lakin bunu bacarmadılar. Onu da qeyd etməliyik ki, dünənki seçkilərdəki uğur həm də Azərbaycanın uğurudur. Seçki hələ tam yekunlaşmamışdı, lakin məlum idi ki, Ərdoğanın rəhbərlik etdiyi “AK Partiya” Parlamentdə böyük üstünlük əldə edib. Cənab İlham Əliyev də gecə saatlarında zəng edərək Ərdoğanı təbrik etdi. Bu bir daha ölkələrimiz arasında olan qardaşlığın təzahürüdür. İstərdik ki, Türkiyəni dünyanın ən güclü dövlətlərindən birinə çevirən Ərdoğan qalib gəlsin".

Məlik Məlikov 

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu