Operativ Məlumat Mərkəzi

Seçicilər azad edilmiş ərazilərdə 50-dən çox seçki məntəqəsində səs verə biləcəklər

1 dəq
Paylaş:
Seçicilər azad edilmiş ərazilərdə 50-dən çox seçki məntəqəsində səs verə biləcəklər
bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, bunlardan 34-ü daimi seçki məntəqəsi olacaq. "Azad edilmiş...

Seçicilər azad edilmiş ərazilərdə 50-dən çox seçki məntəqəsində səs verə biləcəklər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, bunlardan 34-ü daimi seçki məntəqəsi olacaq.

"Azad edilmiş ərazilərdəki 34 daimi seçki məntəqəsindəki komissiya üzvləri artıq formalaşıb. Həmin ərazilərdə əlavə məntəqələr də yaradılacaq. Biz media nümayəndələrinin azad olunmuş ərazilərdəki seçki prosesini işıqlandırmasında maraqlıyıq", - deyə sədr vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər