Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ŞƏT Belarusda genişmiqyaslı antiterror təlimləri keçirəcək

2 dəq
Paylaş:
ŞƏT Belarusda genişmiqyaslı antiterror təlimləri keçirəcək

"Bu il Şanxay Təşkilatının (ŞƏT) üzv ölkələri Belarus ərazisində birgə təlimləri keçirəcəklər".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Şurasının katibi Adilet Orozbekov deyib.

“Tərəflər yaxın illər üçün təsdiqlənmiş əməkdaşlıq proqramı çərçivəsində praktik tərəfdaşlığın gücləndirilməsinə hazır olduqlarını bir daha təsdiqlədilər. Buraya 2030-cu ilə qədər ekstremist ideologiyaya qarşı mübarizə də daxildir. Bu planın həyata keçirilməsi çərçivəsində 2026-cı ildə Belarusda birgə antiterror təlimləri keçiriləcək”, – o bildirib.

Orozbekov əlavə edib ki, oxşar təlimlər 2027-ci ildə Qazaxıstanda da keçiriləcək.

“Bu cür komanda-qərargah tədbirləri koordinasiyalı fəaliyyətin işlənib hazırlanması üçün ən effektiv vasitələrdən biridir və birbaşa olaraq sülhün və regional təhlükəsizliyin qorunmasına xidmət edir”, – Şurasının katibi vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax