2025-ci ildə Azərbaycanda dövlət əsaslı vəsait qoyuluşu xərclərində keçid layihələrinin məbləğinin əvvəlki illə müqayisədə azalması yeni layihələrin maliyyələşdirilməsinə üstünlük verildiyi qənaətinə gəlməyə əsas verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.
2025-ci il üçün dövlət əsaslı vəsait qoyuluşu üzrə icra edilmiş 2 milyard 305,1 milyon manat xarici kreditor qurumlarla birgə maliyyələşmə əsasında həyata keçirilən layihələr də nəzərə alınmaqla 40 sifarişçi üzrə 352 layihəni əhatə edib, bunun 711,9 milyon manatı (30,9 %-i) 151 yeni layihənin, 1 milyard 593,2 milyon manatı (69,2 %-i) mövcud 201 keçid layihənin maliyyələşdirilməsinə yönəldilib.
2025-ci ilin "Büdcə zərfi" ilə müqayisədə layihələrin sayı 186 layihə artsa da, məbləği 380,2 milyon manat (14,1 %) azalıb, əvvəlki illə müqayisədə isə yeni layihələrin məbləği 163,8 milyon manat azalsa da, sayı 16 layihə (11,9 %) artıb. Eləcə də əvvəlki illə müqayisədə keçid layihələrin sayı 28 layihə, məbləği isə 272,5 milyon manat və yaxud 16,2 % azalıb.