Şanlıurfanın Siverek məhəlləsində bir evdə aparılan axtarış zamanı istifadə edilməmiş 4 AFAD çadırı aşkarlanıb.
"Operativ Məlumat Mərkəzi - OMM" "TRT HABER"-ə istinadan xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılıb.
Hadisə ilə bağlı ev sahibinin saxlanıldığı, şübhəli şəxs barəsində isə “ixtisaslı oğurluq” maddəsi ilə iş başlanıldığı öyrənilib.