Operativ Məlumat Mərkəzi

Sampaoli Fransa klubuna keçib

1 dəq
Paylaş:
Sampaoli Fransa klubuna keçib
64 yaşlı mütəxəssis "Ren" komandasının baş məşqçisi təyin olunub. Onunla müqavilə 2026-ci ilə qədər nəzərdə tutulub. Bu vəzifədə Sampaoli ötən həftə...

Argentinalı mütəxəssis Xorxe Sampaoli Fransada məşqçilik edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 64 yaşlı mütəxəssis "Ren" komandasının baş məşqçisi təyin olunub.

Onunla müqavilə 2026-ci ilə qədər nəzərdə tutulub.

Bu vəzifədə Sampaoli ötən həftə istefaya göndərilən Stefən Jülyeni əvəzləyib.

Fransa çempionatının 11-ci turunun yekunlarına görə, "Ren" 11 xal toplayıb və turnir cədvəlində 13-cü yerdə qərarlaşıb. Komanda mövsümün başlanğıcından bəri yalnız üç qələbə qazanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər