Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

NATO Zirvəsi üçün “Barış Kartalı” havaya qalxdı

2 dəq
Paylaş:
NATO Zirvəsi üçün “Barış Kartalı” havaya qalxdı

Hərbi Hava Qüvvələrinin Havadan Erkən Xəbərdarlıq və İdarəetmə (HİK) təyyarələri Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində hava təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Konya şəhərində 3-cü Əsas Reaktiv Aviasiya Bazasında dislokasiya olunan HİK təyyarələri zirvə müddətində Türkiyənin hava məkanında erkən xəbərdarlıq və tapşırıqlarını yerinə yetirəcək.

Məlumata görə, müasir radar sistemləri ilə təchiz olunan təyyarələr 360 dərəcə müşahidə apararaq 400 kilometrədək məsafədə çoxsaylı hava hədəflərini eyni vaxtda izləyə bilir.

HİK təyyarəsinin ekipaj komandiri, mayor Fatih Kulak bildirib ki, əsas məqsəd NATO Zirvəsi dövründə Türkiyənin hava məkanının təhlükəsizliyini təmin etməkdir. Onun sözlərinə görə, hava məkanına yaxınlaşan hər hansı tanınmamış təyyarə dərhal aşkar ediləcək və onun müəyyənləşdirilməsi üçün operativ məlumat təqdim olunacaq.

Qeyd olunub ki, zirvə təhlükəsizliyi çərçivəsində HİK təyyarələri ümumilikdə 11 uçuş həyata keçirəcək və 60 saat fasiləsiz xidmət göstərəcək.

Kartalı” adı ilə tanınan bu təyyarələr havada və dəniz üzərində aşkarlanan hədəflər barədə məlumatları real vaxt rejimində mərkəzlərinə, döyüş təyyarələrinə və hərbi gəmilərə ötürmək imkanına malikdir. HİK platformaları NATO missiyalarında, milli təlimlərdə və müxtəlif hərbi əməliyyatlarda Türkiyə Hərbi Hava Qüvvələrinin əsas strateji imkanlarından biri hesab olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax