"Şamaxı" klubu Cavid Hüseynov və bir neçə futbolçu ilə vidalaşıb

"Şamaxı" klubu Cavid Hüseynov və bir neçə futbolçu ilə vidalaşıb
16.06.2023 16:58
Aa
dəq

"Şamaxı" klubunun rəhbərliyi ilə məşqçilər heyəti arasında iclas keçirilib.

Klubdan "Operativ Məlumat Mərkəzi-OMM"-yə  verilən məlumata görə, toplantıda 2023/2024 mövsümünün planları, klubun strategiyası müzakirə edilib. Alınan qərara əsasən məşqçilər - Cavid Hüseynov, Elhad Nəziri və Şərafəddin Hüseynov ilə rəhbərlik arasında klubun strategiyası ilə bağlı qismən fikir ayrılığı olduğuna görə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.

Qapıçılar üzrə məşqçi Anar Niftəliyev isə mövsüm başa çatdıqdan sonra karyerasını başqa klubda davam etdirmək istədiyindən onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Klub rəhbərliyi tərəfindən müqaviləsi davam edən baş məşqçi Vüqar Əsgərliyə yeni məşqçi heyəti formalaşdırılması tapşırılıb.

Eyni zamanda, futbolçular Elvin Məmmədov, Amil Yunanov, Rauf Hüseynli, Kamal Mirzəyev və Tapdıq Əhmədov müqavilə müddətləri, Nihad Quliyev isə icarə müddəti başa çatdığından komandadan ayrılıb.

Həftənin ən çox oxunanları

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub
DAVAMIN OXU davamın oxu

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib
DAVAMIN OXU davamın oxu

"Zirə" UEFA Konfrans Liqasına qələbə ilə başladı

DAVAMIN OXU davamın oxu

UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstan klubuna məğlub olub

UEFA Konfrans Liqası:
DAVAMIN OXU davamın oxu