Operativ Məlumat Mərkəzi

Salvador Dalinin oğurlanmış rəsmləri tapıldı

1 dəq
Paylaş:
Salvador Dalinin oğurlanmış rəsmləri tapıldı
2022-ci ilin əvvəlində Barselonada bir mənzildən Salvador Dalinin 300 min avro dəyərində iki əsərinin oğurlanması ilə bağlı araşdırma başladılıb. Uzun...

Kataloniya polisi ispan rəssamı Salvador Dalinin oğurlanmış iki rəsmini tapıb.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, 2022-ci ilin əvvəlində Barselonada bir mənzildən Salvador Dalinin 300 min avro dəyərində iki əsərinin oğurlanması ilə bağlı araşdırma başladılıb.

Uzun sürən araşdırmalardan sonra cinayəti törətməkdə və evdən oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb. Bundan əlavə, oğurlanmış əşyaların əldə edilməsində şübhəli bilinən daha iki nəfər həbs edilib.

Axtarışlar zamanı polis həmçinin rəssam Joan Miroya (1893-1983) aid edilən və həqiqiliyi hələ də yoxlanılmamış beş qrafik əsəri də tapıb. Ehtimallara görə, saxlanılan şəxslər 7 evi qarət ediblər.

Rəsmlər qanuni sahiblərinə qaytarılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər