Əsas məzmuna keç

Şalva Papuaşvili: "Faşizm üzərində qələbəsiz Aİ olmazdı"

Şalva Papuaşvili: "Faşizm üzərində qələbəsiz Aİ olmazdı"

Şalva Papuaşvili Avropa İttifaqı rəsmilərini kəskin tənqid etdi. Gürcüstan spikeri 300 min həmyerlisinin müharibədəki rolu və 9 May barədə sensasion fikirlər səsləndirdi.

en ru

"Gürcü əsgərlərinin töhfə verdiyi üzərində qələbə olmasaydı, Avropa İttifaqı mövcud olmazdı".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri respublika parlamentinin Papuaşvili bildirib.

“Əgər faşizm üzərində qələbə və müharibədə həlak olan 300.000 gürcün töhfəsi olmasaydı, Avropa İttifaqı və ya Avropa Günü olmazdı. Bu, bütün Aİ vətəndaşlarının və diplomatlarının başa düşməli olduğu ən vacib şeydir. Keçən il, veteranlarımızın təmsil olunduğu 9 May anım tədbirində bir dənə də olsun Aİ nümayəndəsini görmədik. Və onlardan faşizm üzərində qələbənin və ya 9 Mayın əhəmiyyəti barədə bir kəlmə də eşitmədik”, - Papuaşvili qeyd edib.

Onun sözlərinə görə, faşizm üzərində qələbə olmasaydı, Avropa coğrafi cəhətdən mövcud olardı, lakin ideoloji cəhətdən necə olacağını tarixdən faşizmin məqsədlərini bilməklə təxmin etmək olar.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…