Operativ Məlumat Mərkəzi

Sali Berişanın toxunulmazlığı ləğv edilib

1 dəq
Paylaş:
Sali Berişanın toxunulmazlığı ləğv edilib
müxalifətçilər rəngli məşəllər yandırıb qərara qarşı şüarlar səsləndiriblər. Bir qrup şəxs zaldakı masaları toplayaraq ölkənin ali qanunverici orqanının...

Albaniyanın müxalif Demokratik Partiyası parlamentin rüşvətxorluqda ittiham olunan sabiq baş nazir Sali Berişanın toxunulmazlıq hüququnu ləğv etməsinə etiraz edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, müxalifətçilər rəngli məşəllər yandırıb qərara qarşı şüarlar səsləndiriblər.

Bir qrup şəxs zaldakı masaları toplayaraq ölkənin ali qanunverici orqanının fəaliyyətinə mane olmağa çalışıb. Təhlükəsizlik qüvvələri aksiyaya imkan verməyib.

Parlamentin qərarı prokurorluğun Berişa haqqında ev həbsi qərarı çıxarmasına imkan verəcək.

İttihamlara əsasən, Berişa öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yaxın qohumuna paytaxt Tiranada torpaq sahəsi alıb. Ərazidə 17 yaşayış binası tikilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər