Operativ Məlumat Mərkəzi

Salah “Əl-İttihad”-a keçir

1 dəq
Paylaş:
Salah “Əl-İttihad”-a keçir

İngiltərənin “Liverpul” komandasının hücumçusu Məhəmməd Salah Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasına keçir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in “Ksa Sport”-a istinadən verdiyi xəbərə görə, Məhəmməd Salah İngiltərə çempionatının üçüncü turunda “Nyukasl”-la oyundan sonra “Əl-İttihad” komandasına keçidlə əlaqədar tibbi müayinə üçün Səudiyyə Ərəbistanına gedəcək.

Beləliklə, misirli futbolçu avqustun 27-də İngiltərə çempionatında son oyununu keçirə bilər.

Qeyd edək ki, ötən mövsüm Məhəmməd Salah “Liverpul”-la 38 oyuna çıxıb, 19 qol vurub, 12 məhsuldar ötürmə edib. Hazırda bazar dəyəri 65 milyon avro olan futbolçunun “Liverpul”-la 2025-ci ilin yayına qədər müqaviləsi var.

Bundan əvvəl Məhəmməd Salahın “Liverpul” rəhbərliyinə “Əl-İttihad”-a keçmək niyyətini çatdırdığı barədə məlumat yayılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər