Şahin Diniyev: "Fakt budur ki, biz uduzduq"

Şahin Diniyev: "Fakt budur ki, biz uduzduq"
11.03.2023 20:20
Aa
dəq

“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu (0:3) şərh edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:

“Danışmaq çətindir. Axırıncı yerdə olan komanda ilə birinci yerdə olan komanda oynayırdı. Fərq görünürdü. Cinah hücumlarının qarşısını almağa çalışırdıq. Topa nəzarət etməkdə problemlər yaşadıq. Futbolçuların qorxu altında oynaması məni narahat etdi. Futbolda üç nəticə olur. Oynamayıb qələbə qazanmaq, tam başqa bir şeydir. Dörd qol epizodumuz oldu. Onlardan birini düzgün yerinə yetirsəydi, fərqli cür ola bilərdi. Ancaq ruhdan düşmürük. İkinci hissədə oynadığımız kimi növbəti matçlarda oynasaq, layiqli pillədə ola bilərik. “Qarabağ”ı təbrik edirəm. Layiqli qələbə qazandılar.

Komandada psixoloji gərginlik yüksək səviyyədədir. Hər dəfə məğlub olduqca toparlanmaq çətindir. Qrup və fərdi halda söhbətlərimiz olur. Zədədən əziyyət çəkən futbolçularımız qayıtsa, daha yaxşı olacağıq. Asan qollar buraxırıq. Məni narahat edən budur. Hazırkı durumdan tezliklə çıxacağıq. 

Birinci hissə qapıya zərbələr endirdik, lakin rəqibin qapıçısı onları çıxartdı. Qapıya zərbə endirmək hücumu tamamlamaq deməkdir. Fakt budur ki, biz uduzduq. Elə ola bilər ki, qapıya 21 zərbə endirəsən, lakin heç biri dəqiq olmaya. “Qarabağ”ın qollarını gördünüz? Onlar əsl keyfiyyət nümayiş etdirdilər.

Həyatda mənim prinsiplərim var və mən onlara söykənirəm. Bütün işlər çətinliklə olursa, deməli, sən düzgün yoldasan. Mənə elə gəlir ki, Emil Balayev keyfiyyət və təcrübə baxımından millidə çıxış edə bilər.

Mən tam başqa yolu seçmişəm. Gəminin kapitanı mənəm. O cəhətdən mən özümə və komandama inanıram. Çox əziyyət çəkirəm. Bunu oyunçuların yanında hiss etdirməməyə çalışıram”.

Həftənin ən çox oxunanları

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub
DAVAMIN OXU davamın oxu

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib
DAVAMIN OXU davamın oxu

"Zirə" UEFA Konfrans Liqasına qələbə ilə başladı

DAVAMIN OXU davamın oxu

UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstan klubuna məğlub olub

UEFA Konfrans Liqası:
DAVAMIN OXU davamın oxu