Əsas məzmuna keç

Sahibə Qafarova II İlyanın dəfn mərasimində iştirak edib

Sahibə Qafarova II İlyanın dəfn mərasimində iştirak edib

Tbilisidəki vida mərasiminə qatılan Allahşükür Paşazadə və Samir Şərifov Gürcüstanın dini liderini son mənzilə yola salıblar. Nümayəndə heyətinin səfərindən detallar.

en ru

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin mərasimində iştirak etmək üçün Gürcüstanda səfərdədir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, bu gün səhər saatlarında Tbilisidə Müqəddəs Üçlük Kafedralında keçirilən mərasimdə Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Azərbaycan xalqının dərin hüzn və ehtiramını Gürcüstan xalqına çatdırıb.

Tədbirdə Ekumenik Patriarx, eləcə də Gürcüstan Prezidenti, Parlamentin sədri, və Gürcü Arzusunun Fəxri Sədri məbəddə toplaşanlara müraciət ediblər.

Patriarxı son mənzilə yola salmaq üçün yürüş Müqəddəs Üçlük Katedralından başlayıb və patriarxın cənazəsi xüsusi ehtiramla Sioni Kafedralına doğru yola salınıb. Ölkə üzrə fəaliyyət göstərən bütün kilsələrdə dəfn zəngləri çalınıb və yüz minlərlə insan küçələrə axışaraq patriarxa son ehtiramlarını ifadə ediblər.

Azərbaycan nümayəndə heyətinin tərkibinə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Baş nazirin müavini Samir və Milli Məclisin bir qrup deputatı daxildirlər.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…