Amerika Birləşmiş Ştatlarının sabiq dövlət başçısı Donald Trump yeni ittihamla qarşılaşıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, iddialara görə Trump ABŞ-nin bir çox məxfi sənədlərini şəxsi evində gizlədib.
Belə ki, bu sənədlərə dövlətin nüvə sirri və hərbi planlarının daxil olduğu bildirilib. Daha sonra sənədlərin tapılmasına mane olan sabiq rəsminin müstəntiqə yalnış məlumat veridiyi də bildirilib.
Xatırladaq ki, iddiaların doğru olacağı təqdiqdə Trumpın uzunmüddətli həbs cəzasına məhkum olacağı gözlənilir.