Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

“Sabah” “Qarabağ”ı üstələyərək Azərbaycan Kubokunun finalına çıxdı

2 dəq
Paylaş:
“Sabah” “Qarabağ”ı üstələyərək Azərbaycan Kubokunun finalına çıxdı

Futbol üzrə Kubokunda ikinci finala yüksələn komanda "Sabah" olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda evdə ""ı qəbul edən "" 2:1 hesablı qələbəyə sevinib.

"Bank "da baş tutan matçda Ağdam təmsilçisinin qolunu Kamilo Duran (59) vurub. Meydan sahiblərinin heyətində isə Velko Simiç (78) və Patrik Mbina (87) fərqləniblər.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv görüşün böyük qismini 10 nəfərlə keçirib. Qonaqların heyətində 35-ci dəqiqədə qapıçı Mateuş Koxalski kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.

Tərəflər arasında baş tutan ilk görüşdə 2:2 hesablı heç-heçə qeydə alındığı üçün Bakı klubu adını həlledici mərhələyə yazdırıb.

Bununla da, "Sabah" finalda "Zirə" ilə üz-üzə gələcək. Bakı təmsilçisi ötən gün yarımfinalın cavab oyununda "Turan Tovuz"la qolsuz bərabərə qalıb. İlk dueldə "qartallar" üstün olub - 2:0.

Xatırladaq ki, Azərbaycan Kubokunun final oyunu mayın 13-də "Palms Sports Arena"da keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax