Operativ Məlumat Mərkəzi

Sabahın hava proqnozu açıqlanıb

1 dəq
Paylaş:
Sabahın hava proqnozu açıqlanıb
Sabah Bakıda arabir yağıntılı hava olacaq. Gecə 3-5°, gündüz 7-9° isti gözlənilir.

Sabahın hava proqnozu açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər Böyük Qafqazın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər